Moldovanın “Şerif” klubunun hücumçusu Andrey Lukiç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la oyun öncəsi açıqlama verib.
Sportal.az xəbər verir ki, xorvatiyalı futbolçu klubun saytına açıqlamasında Ağdam təmsilçisindən qorxmadıqlarını deyib:
“İlk mərhələdə qarşılaşdığımız “Fola Eş”lə oyunda çoxlu qol imkanımız olsa da, yüz faizlik epizodları dəyərləndirə bilmədik. Bu, gələcəkdə üzərində işləməli olduğumuz əsas çatışmazlıqdır. “Qarabağ”la oyunda bu amili nəzərə almalıyıq. Çünki rəqibimiz yaxşı komandadır. Onlara hörmət edirik, amma heç kimdən qorxmuruq. Bakıya oyunumuzdan zövq almaq və növbəti mərhələyə adlamaq üçün gəlmişik. Öz keyfiyyətimizə, komanda ruhuna və qələbəyə inanırıq”.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi