“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Moldovanın "Şerif" klubunu 2:1 hesabı ilə məğlub etdi.
Sportal.az qarşılaşmanın statistikasını təqdim edir:
“Qarabağ” 15, "Şerif" isə 6 dəfə qapıya zərbə endirib. Ağdamlıların 6 zərbəsi qapıya istiqamətlənib və 2-si qolla nəticələnib. "Köhlən atlar"ın 3 zərbəsi qeyri-dəqiq alınıb, 6 zərbəyə isə blok qoyulub.
"Şerif"in 6 zərbəsindən 1-i çərçivəyə ünvanlanıb və o da qolla nəticələnib. Tiaspolluların 3 zərbəsi isə qeyri-dəqiq alınıb, 2 zərbəyə isə blok qoyulub.
Künc zərbələrində də "Qarabağ" üstün olub - 5:3. Ağdam təmsilçisinin futbolçuları 2 dəfə oyundankənar vəziyyətə düşübsə, rəqib 5 dəfə bu halla üzləşib.
saytlarin hazirlanmasi