"Dinamo" hakimin yanlış qərarı ilə "Sarayevo"nu keçdi - VİDEO

16:16 - 27 Avqust 2020

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Belarusun "Dinamo" (Brest) klubu evdə Bosniya və Herseqovinanın "Sarayevo" klubunu 2:1 hesabı ilə məğlub edərək III mərhələyə adlayıb.

 

Matçın baş hakimi Lukas Sotiru qonaqların hücumçusu Benjamin Tatarın vurduğu qolu qeydə almayıb. Tatarın oyundan kənar vəziyyətdə olduğu barədə qərar verilsə də, epizodun təkrarında hakimlərin kobud səhvə yol verdiyi aşkarlanıb. Bundan əlavə, kiprli hakim bir neçə epizodda "Sarayevo"ya qarşı haqsız qərarlar verib.

 

"Dinamo" III təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən biridir.

 

“Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina) - 2:1
Qollar
: Mixail Qordeyçuk, 3, Abdulaye Diallo, 49 - Andrey Dokanoviç, 34

 

Xəbər xətti