"Qarabağ" - "Molde": mətbuat konfransları və açıq məşqlər

15:47 - 15 Sentyabr 2020

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Cənubi Kiprdə baş tutacaq “Qarabağ” – “Molde” (Norveç) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu gün – sentyabrın 15-də, Bakı vaxtıyla 20:15-də matçın baş tutacağı “AEK Arena”da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 20:30-da isə Azərbaycan çempionu oyun öncəsi son məşqə çıxacaq.

 

Rəqib komandanın baş məşqçisi Erlinq Moe isə Bakı vaxtı ilə18:45-də media mənsublarının önünə çıxacaq. 30 dəqiqə sonra Norveç təmsilçisi son hazırlıq prosesinə start verəcək.

 

Sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Molde” matçına Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Xəbər xətti