Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, daha 5 komanda pley-off mərhələsinə adlayıb.
Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” Norveçin “Molde” klubu ilə qarşılaşıb. Görüş UEFA-nın qərarı ilə Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilib.
Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qalib gələn Norveç klubu pley-offa yüksəlib.
16 sentyabr
Çempionlar Liqası, III təsnifat mərhələsi
"Omoniya" (Kipr) – "Srvena Zvezda" (Serbiya) - 1:1 (pen. 4:2)
"Ferentsvaroş" (Macarıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1
"Qarabağ" – "Molde" (Norveç) - 0:0 (pen. 5:6)
"Makkabi" (Təl-Əviv, İsrail) – "Dinamo" (Brest, Belarus) - 1:0
"Mitdyulland" (Danimarka) – "Yanq Boyz" (İsveçrə) - 3:0.