Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a penaltilər seriyasında qalib gələn "Mölde"nin qapıçısı Andreas Linde açıqlama verib.
Sportal.az xəbər verir ki, o, qələbəni şərh edib:
"Bilirəm ki, xərçəng xəstəliyindən ölən atam meydanda olanda məni izləyir. "Qarabağ"la matçda da onu arxamda hiss edirdim. Bu, mənim üçün çox şey deməkdir. Atam bu cür vəziyyətlərdə mənə əlavə motivasiya verir. Qələbəni ona həsr edirəm. Mərhələni keçmək istəyirdik. İsti havada oynamaq çox çətin idi. Komanda mübarizə apardı, uşaqlara təşəkkür edirəm".
İsveçli qolkiper Bədavi Hüseynovun penaltisini dəf etməsindən danışıb: "Bir qədər əmin deyildim. Çünki hesabı itirdiyim üçün həmin zərbənin həlledici olub-olmadığını bilmirdim. Amma insanların mənə tərəf qaçdığını və məni alqışladıqlarını görəndə hər şeyi bir anda başa düşdüm. İnanılmaz sevinc və rahatlıq hiss edirəm. Bu, karyeramın ən önəmli qurtarışı idi".
saytlarin hazirlanmasi