"Beşiktaş"ın Nikola Kaliniç planı

13:26 - 23 Sentyabr 2020

Hücumçu axtarışını davam etdirən "Beşiktaş" "Atletiko"nun futbolçusu Nikola Kaliniçi hədəfə alıb.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi xorvatiyalı hücumçuya illik 2,5 milyon avro maaş ödəməyə hazırdır. "Qara qartallar" Kaliniçin Madrid klubu ilə müqaviləsini ləğv etməyi gözləyir.

 

"Hindular" "Barselona"nın hücumçusu Luis Suaresi transfer etdikdən sonra Nikola Kaliniçi azad agent statusu ilə "Beşiktaş"a verə bilər.

 

"Hayduk"un yetirməsi "Bləkbörn", "Dnepr", "Fiorentina", "Milan", "Roma" kimi klublarda da oynayıb.

Xəbər xətti