"Başakşəhər" baş məşqçisini istefaya göndərdi

16:59 - 29 Yanvar 2021

Türkiyənin “Başakşəhər” klubu baş məşqçisi Okan Burukla yollarını ayırıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Buna komandanın bu mövsüm uğursuz nəticələr göstərməsi səbəb olub.

 

Okan Buruk 2019-cu ildən “Başakşəhər”i çalışdırırdı. İstanbul təmsilçisi ötən mövsüm onun rəhbərliyi ilə Super Liqa çempionu olub.

Xəbər xətti