"Başakşəhər"in yeni baş məşqçisi müəyyənləşdi - rəsmi

17:55 - 30 Yanvar 2021

Türkiyənin "Başakşehir" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Aykut Kocaman çalışdıracaq. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

55 yaşlı mütəxəssis bu vəzifədə Okan Buruku əvəz edib.

Xəbər xətti