"Beşiktaş"da yeni müqavilə

14:00 - 31 Yanvar 2021

"Beşiktaş"da yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatacaq müqavilə daha bir il uzadılıb.

 

Jozef 2020-ci ilin yayında Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubundan "Beşiktaş"a azad agent statusu ilə keçmişdi. Braziliyalı futbolçu bu mövsüm Super Liqada keçirdiyi 14 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti