Cenk Tosun "Beşiktaş"a qayıtmasından danışdı

14:39 - 1 Fevral 2021

"Beşiktaş"ın "Everton"dan icarəyə götürdüyü Cenk Tosun İstanbula gəlib.

 

Sportal.az xəbər verir ki, türkiyəli hücumçu keçmiş komandasına keçidi barədə danışıb:


"Çox həyəcanlıyam. "Qaziantepspor"dan "Beşiktaş"a keçərkən yaşadığım duyğuları hiss edirəm. Səbirsizliklə komanda yoldaşlarımla tanış olub, formanı geyinmək istəyirəm. Öz evimə, yuvama qayıtmışam. Mən həyəcanlıyam, qoy, azarkeşlər də həyəcanlı olsunlar. Şübhələri olmasın, meydanda maksimum gücümü ortaya qoyacağımı söz verirəm".

 

"Everton" 29 yaşlı futbolçunu 2018-ci ildə "Beşiktaş"dan 22,5 milyon avroya transfer edib. O, bu mövsüm keçirdiyi 7 oyunda 1 qol vurub. Tosun mövsümün sonuna qədər İstanbul klubunda çıxış edəcək.

 

Xəbər xətti