Avropanın top-klubları yeni turnirin təşkili ilə bağlı görüşlər keçirirlər.
Sportal.az xəbər verir ki, Avropa Super Liqası adlı turnirin yaradılması planı UEFA-nı reaksiya göstərməyə məcbur edir. Ali qitə qurumu bu səbəbdən Çempionlar Liqasındakı mövcud formatı dəyişməyə, rəqabəti daha cəlbedici etməyə çalışır.
"Sky Sport"un məlumatına görə, İngiltərə klubları UEFA-dan Çempionlar Liqasında format dəyişikliyinin baş verəcəyi barədə xəbər alıblar. Qeyd edilib ki, yeni formatda qrup mərhələsi ləğv olunacaq.
Yeni formatda 32 komandanın 1 qrupda mübarizə aparması planı var. Hətta klubların sayının 36-ya yüksəldilməsi də mümkündür.
İsveçrə modelinə yaxın olan sistemlə UEFA daha maraqlı oyunların baş tutmasını istəyir.
Dəyişikliyi "Yuventus"un prezidenti, Avropa klublar birliyinin sədri Andrea Aqnelli də dəstəkləyir.
UEFA-nın dəyişiklikləri müzakirə etdiyi və 2 mövsüm sonra tətbiqinin mümkün olduğu bildirilir.
saytlarin hazirlanmasi