"Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqaviləsini uzatmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" türkiyəli futbolçuya 4 illik müqavilə təklif edib. 27 yaşlı oyunçu təklifi qəbul etsə, illik 4 milyon avro maaş alacaq. Bundan əlavə, türkiyəli yarımmüdafiəçinin bonuslar da alması nəzərdə tutulub.
Çalhanoğlunun isə klubdan 5 milyon avro maaş tələb etdiyi bildirilir.
Hakan bu mövsüm 25 oyunda 6 qol vurub, 11 assist edib.
saytlarin hazirlanmasi