Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
İspaniyada "Barselona" son mövsümün finalçısı PSJ-ni qəbul edib. Matçda hesabı katalonlar açsalar da, Paris klubu sonradan 4 qol vuraraq qələbə qazanmağı bacarıb.
"Leypsiq”" - "Liverpul" qarşılaşması isə Macarıstanın paytaxtı Budapeştdə keçirilib. Koronavirus pandemiyası "Liverpul" Almaniyaya gedə bilmədiyi üçün belə qərar qəbul edilib. Mersisayd klubu ilk matçı qələbə ilə başa vuraraq, cavab oyunu öncəsi böyük üstünlük qazanıb.
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)
“Barselona” (İspaniya) - PSJ (Fransa) - 1:4
Qollar: Messi, 27 (pen.) - Mbappe, 32, 65, 85, Kin, 70
“Leytpsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) - 0:2
Qollar: Salah, 53, Mane, 58