Ozan ən yaxşı seçildi, tarixə düşdü

10:31 - 17 Fevral 2021

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında "Liverpul" Budapeştdə "Leyptsiq"i 2:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, "qırmızılar"ın futbolçusu Ozan Kabak matçın ən yaxşı futbolçusu seçilib. Bundan əlavə, 20 yaşlı müdafiəçi bir İngiltərə klubunda Çempionlar Liqası oyununa çıxan ilk türk futbolçu olub.

 

"Liverpul" Ozanı qış fasiləsində "Şalke"dən satın almaq şərti ilə icarəyə götürüb.

Xəbər xətti