"Barselona" Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə evdə PSJ-yə 1:4 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, katalonların yeganə qolunu kapitan Lionel Messi vurub. Bununla da argentinalı hücumçu 2004-cü ildən 2021-ci ilə qədər Çempionlar Liqasında hər mövsüm qol vurmağa nail olub.
O, bu göstəricidə "Real" və "Şalke"nin keçmiş hücumçusu Raulun rekordunu təkrarlayıb.
saytlarin hazirlanmasi