Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Sportal.az xəbər verir k, "Atletiko" "Çelsi"ni qəbul edib. Qarşılaşma pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutub. Oyun "Çelsi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Gecənin digər matçı İtaliyada keçirilib. "Latsio" öz meydanında turnirin son qalibi olan "Bayern"i qəbul edib və 1:4 hesabı ilə uduzub.
Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
00:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Olivye Jiru, 71
00:00. "Latsio" (İtaliya) - "Bayern" (Almaniya)
Qollar: Xoakin Korrea, 49 - Robert Levandovski, 9, Camal Musiala, 24, Leroy Sane, 42, Françesko Açerbi, 47