UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Borussiya”dan (Dortmund) Erlinq Haland, “Portu”dan Serjiu Oliveyra, PSJ-dən Keylor Navas və “Liverpul”dan Fabinyo namizəd göstərilib.
Qalib qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
saytlarin hazirlanmasi