"Neftçi"nin yeni transferi Keysuke Honda Kamboca millisinin baş məşqçi postunda qalıb.
Sportal.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi federasiya ilə yeni müqavilə imzalayıb. Onun və köməkçilərinin müqaviləsi 2023-cü ilə kimi uzadılıb.
Honda 2018-ci ildən Asiya təmsilçisini çalışdırır. Kamboca yığması onun rəhbərliyi ilə tarixinin ən böyük məğlubiyyətini 2019-cu ildə DÇ-2022-nin seçmə mərhələsində İrana qarşı oyunda alıb - 0:14.
34 yaşlı futbolçu "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalayıb.
saytlarin hazirlanmasi