Premyer Liqada yaranan fasilədən istifadə edən "Neftçi" bu gün yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" öz meydanında U-21 millimizlə qarşılaşıb. Görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:1.
Paytaxt təmsilçisinin yeni transferi Keysuke Honda komandada ilk qolunu vurub. O, penaltidən fərqlənib. "Neftçi"nin digər qollarını Mirabdulla Abbasov və Sabir Buqrin vurub. Buqrinə qol ötürməsini də Honda verib. U-21 millimizin yeganə qolunu isə Musa Qurbanlı "Neftçi"nin qapısından keçirib.
U-21 yığması bundan əvvəl keçirdiyi yoxlama görüşündə "Qarabağ"a 4:2 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi