UEFA koronavirus pandemiyası dövründə öz bayrağı altında keçirilən yarışlarda azarkeşlərin stadionlara buraxılması ilə bağlı məhdudiyyəti ləğv edib.
Sportal.az xəbər verir ki, bu barədə qitə qurumunun İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Tamaşaçıların futzal matçlarına gəlməsinə qoyulan qadağa da aradan qaldırılıb. Qərar bu ilin iyununda qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, görüşlərdə azarkeş sayı barədə qərarı yerli hökumət verəcək.
UEFA ötən ilin oktyabrında stadionlarda maksimum tamaşaçı sayının arenanın ümumi tutumunun 30 faizi həcmində olmasına qərar vermişdi. Amma əksər ölkələrdə ümumiyyətlə arenalara azarkeş buraxılmırdı və matçlar boş tribunalar qarşısında keçirilirdi.
saytlarin hazirlanmasi