"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXI turunda "Sumqayıt"a məğlubiyyəti şərh edib.
Sportal.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib:
"Məğlubiyyətdən sonra nəsə demək çətindi. Futbolçuların günahı yoxdu. Rəqibi təbrik edirik. Rəqibin qələbəsinə kölgə salmırıq. Düşən imkanlardan yararlandılar və qalib gəldilər. Bu oyun bizi qorxudurdu. Statistikamız uğursuz idi. Qış toplanışından sonra "Səbail"ə qarşı bərbad oynadıq. Sonra növbəti fasilə olanda da "Zirə"yə uduzduq. Məşqçilər heyətinin günahıdı ki, bunu bilərək komandanı yetərincə hazırlaya bilmədik. Azarkeşlərimizdən dönə-dönə üzr istəyirik. Problem "Sumqayıt" yox, fasilədən sonra tempi qoruya bilməməyimizdi. Bunun öhdəsindən gələ bilmədik. Bu, bizə zərbədi. Motivasiya, istək var idi, amma intizamdan qopmaq bizi üzdü".
Abasov çempionatda yaranan fasilədən düzgün istifadə etmədiklərini əlavə edib: "Aqressiya çox idi deyə intizam pozuldu, tələskənlik oldu. Futbolçular qələbə üçün nə etmirdilər ki? Məni üzən oyun intizamını qoruya bilməməyimizdir. Səbəb fasilədən düz istifadə etməməyimizdir. Matçın sonunda təlaş olduğu üçün oyunçuları meydandan çıxardım. Başqa problem yox idi".
saytlarin hazirlanmasi