Azərbaycan Premyer Liqasının XXII turunda "Qəbələ" "Neftçi"ni qəbul edib.
Sportal.az xəbər verir ki, qarşılaşmanın (2:2) ilk hissəsində maraqlı hadisə baş verib. "Ağ-qaralar"ın kapitanı Emin Mahmudov rəqib cərimə meydançasında yerdə qalıb. "Neftçi" futbolçuları bu epizodda penalti tələb edib.
Hətta paytaxt təmsilçisinin yaponiyalı oyunçusu Keysuke Honda qarşılaşmanın baş hakimi Əliyar Ağayevdən VAR-a baxılmasını tələb edib. Referi isə simulyasiyaya görə Emin Mahmudova sarı vərəqə göstərib.
Azərbacan Premyer Liqasında VAR sistemi tətbiq edilmir. Bu səbəbdən Hondanın istəyi qeyri-adi olub.
saytlarin hazirlanmasi