"Neftçi" əcnəbi futbolçusunu yola salır - Samir Abasov açıqladı

16:48 - 15 Aprel 2021

"Neftçi" mövsümün sonunda müdafiəçisi Rener Alveslə yollarını ayıracaq.

 

Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Samir Abasov klub televiziyasında yayımlanan "Neftçi" mediada" verilişində azarkeşlərin suallarını cavablandırarkən deyib. 43 yaşlı mütəxəssis bildirib ki, braziliyalı müdafiəçiyə şans vermək yox, ondan uzaqlaşmaq lazımdır.

 

Alves "Neftçi"yə ötən yay ölkəsinin "Fortalesa" klubundan keçib. 20 yaşlı futbolçu bu mövsüm rəsmi oyuna çıxmayıb.

Xəbər xətti