Əhmədin gələcəyi sual atlında

11:48 - 21 Aprel 2021

“Neftçi”nin ÇSKA-dan (Sofiya) icarəyə götürdüyü Əhməd Əhmədov mövsümün sonunda müqavilə ilə məxsus olduğu kluba qayıdacaq.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi bolqarıstanlı hücumçunun xidmətində maraqlı deyil. 26 yaşlı forvardın Sofiya klubundakı gələcəyi də qaranlıqdır. Çünki komandanın baş məşqçisi Lyuboslav Penev hücumçunu gələn mövsümün planları üçün düşünmür.

 

Əhməd Əhmədov "Neftçi"yə qışda keçib. O, komandada keçirdiyi 5 oyunda qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.

Xəbər xətti