Azərbaycan Premyer Liqasında 24-cü turun "Sabah" - "Neftçi" (2:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:
- Çox utancverici oyun, 90 dəqiqənin 30 dəqiqəsini yerdə uzanmaq... Bu, bizim futbola yaraşmayan şeydir. Rəqibin qapıçısını illərdir tanıyırlar, amma bir çarə qılmırlar. Ümumilikdə, hamısı diqqətli olmalıdır. Hansı oyuna necə referi təyin edirlər, baxmalıdılar. Necə təzyiqli dönəmdəyik. Bu nədir? Epizodları xırdalamaq istəmirəm. Bayraq götürəcəklər ki, üç "qırmızı" oldu. Bu nə oyundur? Başa düşürəm, komandanı yerdə uzandırırıq, bunu biz edirik. Biz o günə qoyuruq ki, uzanırlar. Bu nədir, qardaş? Hakimə epizodları göstəririk. Sən tempi qaldırırsan, o biri tempi salır. Yoxsa çıxıb hakimdən danışmalıyıq, epizodları göstərməliyik? Biz tək komandaya qarşı mübarizə aparmırıq. İstəyirik ki, necə oynayırıqsa, bizə qarşı da elə oynasınlar. Bu, bir xal rəqib üçündürə, bizim üçün də heç nə bitməyib. Mən oyundan yox, ümumi ab-havadan narazıyam. Əvvəl öz oyunçularımıza söz deyirdik, indi hamıya. Hər kəs diqqətli olmalıdır. Həyəcanlı, təzyiqli dönəmlərdəyik. Bu gün Azərbaycan çempionatının nəbzini saxlayan "Neftçi"dir. Biz dayansaq, nəbz də dayanacaq.
- Özünüzə və komandanıza aid hansı səhvləri qeyd edə bilərsiniz?
- Heç bir səhv yox idi. Oyuna sakit başladıq. Oyun həyəcana girmişdi, son dəqiqələrdə buraxdığımız əks-hücumlar normaldır. Heç bir futbolçuma iradım yoxdur. Oyunun içində də onları sakitləşdirə bilmirdik. Necə qol vurmalıyıq ki, bu, sayılsın? Qolumuz niyə sayılmır? Bu sualın cavabı çox güman ki, sizə də maraqlıdır.
- "Neftçi"nin tək komandaya qarşı mübarizə aparmadığınızı deyirsiniz. Burada AFFA və hakimləri də nəzərdə tutursunuz?
- Burada AFFA və hakimlərin rolu yoxdur. Nə dediyimi hamınız yaxşı bilirsiniz. Bizim üçün çox çətindir. Nəbz "Neftçi" ilə döyünür, bu intriqanı biz saxlayırıq. Bu gün qolumuz sayılmadı. Niyə biz indi növbəti oyuna həyəcanla çıxmalıyıq? Bu vaxta kimi "Sabah"ın digər komandalara qarşı belə oynadığını görməmişik. Vaxtı aparmaqla nə qazanırsız axı?
- Çempionluğun taleyi son oyuna qalacaq?
- Yarış iki komanda arasında davam edir. "Sabah"ın qapıçısını illərdir tanıyırıq. Vaxtı uzadır, ver "qırmızı"nı, rədd elə.
saytlarin hazirlanmasi