Namiq Ələsgərov “Neftçi”nin heyətində 30-cu qolunu vurub.
Sportal.az xəbər verir ki, Premyer Liqanın XXIV turunun “Sabah”la görüşündə (2:2) dubla imza atan yarımmüdafiəçinin ilk qolu onun “ağ-qaralar”ın heyətində yubiley topu olub. Paytaxt klubunda 119-cu matçına çıxan Namiq ikinci dəfə fərqlənməklə qol sayını 31-ə çatdırıb. Bu qolların 28-i Premyer Liqa, 2-si ölkə kuboku, 1-i Avropa Liqasına təsadüf edib.
Ələsgərov “Neftçi”nin tarixində 30 və daha çox qol vuran 41-ci oyunçudur. Bu siyahıya Samir Ələkbərov (142), Anatoli Banişevski (136) və Yunis Hüseynov (103) başçılıq edir.
saytlarin hazirlanmasi