"Qarabağ" güclülər, "Neftçi" zəiflər sırasında - çempionumuzu gözləyənlər

14:55 - 28 Aprel 2021

Avropa Liqalarında mövsüm sona yaxınlaşdıqca qitəmiqyaslı yarışların iştirakçıları da müəyyənləşir. Artıq bəzi ölkələrin çempionları, Çempionlar Liqası təmsilçiləri məlumdu.

Sportal.az xəbər verir ki, növbəti mövsüm bu turnirin I təsnifat mərhələsində yarışacaq 16 klubun adı dəqiqləşib. Son olaraq Şimali Makedoniya çempionu "Şkendiya" bu siyahıya qoşulub. Onlar həm də bu raunddan mübarizəyə başlayacaq Azərbaycan çempionunun potensial rəqibləridi.
 
16 klubun 4-ü səpələnmişlər, 3-ü səpələnməmişlər səbətində yer alıbsa, 9-nun mövqeyi qeyri-müəyyəndi. Azərbaycanda çempionun adı məlum olmadığından gələcək ÇL təmsilçimiz də hələlik sonuncuların sırasındadı. Əgər “Qarabağ” vəsiqə qazansa, bu mərhələdə ən yüksək reytinqlilərdən olacağı üçün səpələnmişlər sırasında yer alacağı dəqiqdi. “Neftçi” isə aşağı reytinqlidi və çempion olacağı təqdirdə səpələnməmişlər sırasında qərarlaşacaq.
 
Çemponlar Liqası (2021/22)
I təsnifat mərhələsi
 
Səpələnmişlər
: “Olimpiakos” (Yunanıstan), “Malmö” (İsveç), Serbiya çempionu (18,000 – 32,500), “Ferensvaroş” (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya)
Səpələnməmişlər: "Valyur" (İslandiya), “Bude Qlimt” (Norveç), “Hamrun Spartans” (Malta)

 

Qeyri-müəyyənlər: “Dinamo” (Tbilisi, Gürcüstan), “Jalgiris” (Litva), “Flora” (Estoniya”), “Buduçnost” (Monteneqro), “Kayrat” (Qazaxıstan), “Helsinki” (Finlandiya), “Riqa” (Latviya), “Şaxtyor” (Saliqorsk, Belarus), “Şamrok Rovers” (İrlandiya), Azərbaycan çempionu (3,375 – 21.000).

 

Xəbər xətti