Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Sportal.az xəbər verir ki, bu ada İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Nqolo Kante layiq görülüb.
30 yaşlı fransalı oyunçunun İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə etdikləri matçda ötürmələrinin 86 faizi dəqiq alınıb.