"Əsas 3 xal idi, onu da qazandıq"

20:19 - 3 May 2021

Premyer Liqanın XXV turun “Keşlə” – “Neftçi” (0:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın məşqçisi Vəfadar Quliyev jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Samir Abasov cəzalı olduğu üçün komandanı meydana çıxaran mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

- Çətin oyun olacağını bilirdik. Həmm meydança amilinə, həm də Ramazan ayında oruc tutan futbolçularımız olduğuna görə, çətinlik var idi. Çalışdıq, vacib qələbə qazandıq. Əsas 3 xal idi, bunu da əldə etdik. Qarşıdakı oyuna hazırlaşacağıq.

 

- Monrozun oynamaması nə ilə bağlıdı?
- Yusuf Lavaldan istədiyimizi alırıq. Bu baxımdan ola bilər. Bu o demək deyil ki, Monroz oynamayacaq. Ona da güvənirik.

Xəbər xətti