"İnsanlar ÇL-də finala yüksəlməyin asan olduğunu fikirləşir" - Pep Qvardiola

14:53 - 5 May 2021

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında PSJ-ni 2:0 hesabı ilə məğlub edən (ilk oyun: 2:1) "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis finala yüksəlmələri barədə bunu deyib:

 

"Barselona" və "Bayern"i mübarizədən kənarlaşdıran komandanı 4:1 hesabı ilə üstələdik. Bu nəticə çox şey ifadə edir. Son 4-5 ildə etdiklərimizi bu il finala yüksəlməklə daha yaxşı etdik. Bu uğurların yalnız pulla əlaqəli olduğunu düşünürsünüzsə, nəsə demirəm. Ancaq uğurların arxasında çalışmaq, zəhmət çəkmək dayanır. Birlikdə vuruşaraq finala yüksəlmişik. İnsanlar ÇL-də finala yüksəlməyin asan olduğunu fikirləşir".

Xəbər xətti