AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.
Sportal.az xəbər verir ki, qadınlar arasında Çempionlar Liqasının final oyununun UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.
İsveçin Göteborq şəhərindəki “Qamla Ullevi” stadionunda keçiriləcək finalda “Çelsi” (İngiltərə) və “Barselona” (İspaniya) komandaları qarşılaşacaq.
saytlarin hazirlanmasi