Finala buraxılacaq azarkeş sayı müəyyənləşdi

12:51 - 6 May 2021

Çempionlar Liqasının Türkiyədə keçiriləcək final matçına buraxılacaq azarkeş sayı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, matçı 25 min fanat izləyəcək. Finaldakı komandaların hər birinə 4 min bilet ayrılacaq.

 

"Çelsi" - "Mançester Siti" matçı mayın 29-u İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti