Tuxelin qələbə şərhi

13:13 - 6 May 2021

Çempionlar Liqasının yrımfinal mərhələsində "Real"ı məğlub edərək (2:0) finala yüksələn "Çelsi"nin baş məşqçisi Tomas Tuhel açıqlama verib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis qələbəni şərh edib:

 

“Qələbəyə layiq idik. İlk hissə çətin keçdi. “Real” topa çox sahib oldu və bizə problem yaratdı. Təhlükəli əks-hücuma keçdik. Eyni zamanda da yaxşı müdafiə olunduq. İkinci hissədə əla oynadıq və qol vurduq. Lakin daha əvvəl qol şanslarımız olmuşdu. Amma indi tənqid zamanı deyil. Finala çıxmaq heyrətamiz bir uğurdur, komandamı təbrik edirəm. “Real” həmişə təhlükə yarada biləcək bir komandadır. Buna görə də hər zaman ehtiyatlı olmalısan. Final haqqında danışmaq isə hələ tezdir, həmişə zədələr və ya başqa bir problemlər ola bilər. Ümid edirəm ki, bu oyuna tam güclə və yaxşı formada hazırlaşa bilərik. Hələ heç nə bitməyib. Sona qədər mübarizə aparmaq istəyirik. İstanbula qələbə üçün yollanacağıq”.

 

"Çelsi" finalda "Mançester Siti" ilə qarşılaşacaq.

 

Xəbər xətti