Avropa Liqalarında mövsüm sona yaxınlaşdıqca qitəmiqyaslı yarışların iştirakçıları da müəyyənləşir. Artıq bəzi ölkələrin çempionları, Çempionlar Liqası təmsilçiləri məlumdu.
Sportal.az xəbər verir ki, növbəti mövsüm bu turnirin I təsnifat mərhələsində yarışacaq 19 klubun adı dəqiqləşib. Bu komandalar həm də bu raunddan mübarizəyə başlayacaq Azərbaycan çempionunun potensial rəqibləridi.
19 klubun 7-si səpələnmişlər, 4-ü səpələnməmişlər səbətində yer alıbsa, 8-nin mövqeyi qeyri-müəyyəndi. Azərbaycanda çempionun adı məlum olmadığından gələcək ÇL təmsilçimiz də hələlik sonuncuların sırasındadı. Əgər “Qarabağ” vəsiqə qazansa, bu mərhələdə ən yüksək reytinqlilərdən olacağı üçün səpələnmişlər sırasında yer alacağı dəqiqdi. “Neftçi” isə aşağı reytinqlidi və çempion olacağı təqdirdə səpələnməmişlər sırasında qərarlaşacaq.
Çemponlar Liqası (2021/22)
I təsnifat mərhələsi
Səpələnmişlər: “Olimpiakos” (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), "Ludoqorets" (Bolqarıstan), “Malmö” (İsveç), "Legiya" (Polşa), “Ferensvaroş” (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya)
Səpələnməmişlər: "Şemrok Rovers" (İrlandiya), "Valyur" (İslandiya), “Bude Qlimt” (Norveç), “Hamrun Spartans” (Malta)
Qeyri-müəyyənlər: “Dinamo” (Tbilisi, Gürcüstan), “Jalgiris” (Litva), “Flora” (Estoniya”), “Buduçnost” (Monteneqro), “Kayrat” (Qazaxıstan), “Helsinki” (Finlandiya), “Riqa” (Latviya), “Şaxtyor” (Saliqorsk, Belarus), Azərbaycan çempionu (3,375 – 21.000).
saytlarin hazirlanmasi