Tuxel ÇL-də bunu bacaran ilk baş məşqçi oldu

16:16 - 6 May 2021

Çempionlar Liqasının yarımfinalında "Real"ı məğlub edən (2:0) "Çelsi" finala yüksəlib.


Sportal.az xəbər verir ki, bu uğur London klubunun baş məşqçisi Tomas Tuxel üçün əlamətdar olub. 47 yaşlı mütəxəssis Çempionlar Liqasının tarixində iki il ardıcıl fərqli klublarla finala adlayan ilk məşqçi olub. 
 
Almaniyalı çalışdırıcı ötən il PSJ ilə turnirin finalına qədər irəliləmiş, həlledici görüşdə "Bayern"ya 0:1 hesabı ilə uduzmuşdu.

 
"Çelsi" finalda "Mançester Siti" ilə qarşılaşacaq.

Xəbər xətti