"Neftçi"nin məşqçisi Vəfadar Quliyev Premyer Liqanın XXVI turunda "Səbail"lə matç barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, o, 4:0 hesablı qələbəni belə şərh edib:
"Vacib 3 xal qazandıq. Bura qələbə üçün gəlmişdik və onu da bacardıq. Futbolçularımızın hamısına təşəkkür edirəm. "Sumqayıt"la növbəti tur oyununa bu gündən hazırlaşacağıq".
Məşqçi Yusuf Lavalın vurduğu qolu onunla qeyd etməsinə münasibət bildirib: "Uşaqlarla zarafat edirdik. Guya mən hamıya demişəm ki, mənə tərəf gəlsin. Amma belə bir şey olmayıb. Bəlkə də demişəm, yadımdan çıxıb. Səlahət Ağayevlə bir az zarafatımız oldu. Dedi ki, müəllim, bütün komandaya demisiniz? Bəlkə də motivasiya üçün demişəm. Məncə, kim qol vursaydı, qeyd etməyə gələcəkdi".
saytlarin hazirlanmasi