Samir Abasovun məsələsinə yenidən baxıldı

14:14 - 17 May 2021

AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Samir Abasovla bağlı qəbul edilən qərara yenidən baxıb.

 

Sportal.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bü gün keçirilən iclasında Samir Abasovla bağlı qəbul edilən qərara yenidən baxılıb, lakin qərar öz qüvvəsində qalıb.

 

“Neftçi” komandasının baş məşqçisi Samir Abasov Premyer Liqanın 24-cü turunun “Sabah” – “Neftçi” oyundan (2:2) sonra dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanıb, klub isə 4000 manat cərimə olunub.

 

Abasov cəza səbəbindən “Neftçi”nin “Keşlə”ni (3:0) və “Səbail”i (4:0) məğlub etdiyi matçları buraxıb.

Xəbər xətti