Samir Abasov: "Komandanı qəbul edərkən çempionluq haqqında düşünmürdüm"

22:54 - 19 May 2021

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri və Azərbaycan çempionu olduqları matçdan sonra bunları söyləyib:

 

“Nə deyəcəyimi bilmirəm. Çox çətin oyun keçdi. Amma çox inanırdıq. Məşqlərdə də rahat idik. Bu oyunda qalib gələcəyimizə inanırdıq. Hətta Ahmed Ahmedovu meydana buraxanda da dedik ki, yüz faiz qol vuracaqsan və çempion olacağıq. Yolun əvvəlindəyik. Bu qələbə azarkeşlərimizin halalı olsun. Çoxdandır gözləyirdilər. Bizə dəstəklərini hər zaman hiss edirdik. Şükürlər olsun, onların qarşısında başıaşağı olmadıq. Bütün komandalarımıza avrokuboklarda uğurlar arzu edirəm.

 

Komandanı qəbul edərkən çempionluq haqqında düşünmürdüm. Amma futbolçuları görəndən sonra yaxşı komanda quracağımıza inandım. Hər zaman bu oyunçuların daha yaxşısını edə biləcəyini bilirdim. Bu gün nəticəsini gördük. Çempion olduq. Futbolçu və baş məşqçi kimi çempionluq fərqli hisslərdir”.

Xəbər xətti