Keysuke Honda "İmarət" stadionunda - FOTO

16:08 - 20 May 2021

"Neftçi"nin futbolçusu Keysuke Honda işğaldan azad olunan Ağdam rayonunda səfərdə olub.

 

Sportal.az xəbər verir ki, yaponiyalı ulduz "Qarabağ"ın stadionu "İmarət"də olub. 34 yaşlı futbolçu instaqram hesabında bu barədə paylaşım edib:

 

"Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində, "Qarabağ" ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı “İmarət” stadionunda keçirməli idi. Ümid edirəm, burada futbol yenidən doğulacaq".

 

Səfərdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və millinin italiyalı baş məşqçisi Canni De Byazi də olub.

 

May be an image of 1 person, standing, outdoors and monument

Xəbər xətti