UEFA yeni dəyişikliyə hazırlaşır.
Sportal.az xəbər verir ki, Avropa futbol qurumu təşkil etdiyi turnirlərdə səfər qolu qaydasını ləğv etmək istəyir. Bununla bağlı mayın 28-də UEFA İcraiyyə Komitəsinin iclası baş tutacaq.
Əgər bu dəyişikliyə razılıq verilsə, önümüzdəki mövsüm səfər qolu qaydası ləğv olunacaq.
İngilis klublarının təzyiqindən sonra UEFA bu qərarı ləğv etmək qərarına gəlib. 1965-ci ildən bəri UEFA-nın təşkil etdiyi turnirlərdə ev-səfər matçlarında bu qayda tətbiq olunur.
Bu qaydaya əsasən, iki matçın nəticəsinə görə, hesab bərabərdirsə, səfər matçında çox qol vuran komanda qalib olur.
saytlarin hazirlanmasi