"Neftçi"nin futbolçusu Anton Krivotsyuk ilə Polşanın Visla" klubu maraqlanır.
Sportal.az xəbər verir ki, bu barədə polşalı jurnalist Kşiştof Stanovski tvitter hesabında məlumat yayıb. Azərbaycan millisində çıxış edən 22 yaşlı Ukrayna əsilli müdafiəçinin Krakov təmsilçisinə keçməyə yaxın olduğu bildirilir.
Krivotsyukun "ağ-qaralar"la müqaviləsi başa çatıb.
Daha əvvəl "Qarabağ"dan ayrılan Mahir Emreli Polşanın "Legiya" klubu ilə razılığa gəlib.
saytlarin hazirlanmasi