"Neftçi"nin yeni müqavilə şərtləri ilə razılaşmadı

17:17 - 2 İyun 2021

Stiven Monroz «Neftçi» rəhbərliyinin yeni müqavilə təkliflərinə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, fransalı hücumçu şərtlərlə razılaşmayıb. O, son 2 mövsümü «ağ-qaralar»ın düşərgəsində keçirib. Bura «Qəbələ»dən dəvət olunan Monroz ötən müddət ərzində ən bahalı futbolçu statusunu öz əlində saxlayıb.

 

Belə ki, «Neftçi»də ilinə 220-250 min dollar qazanb. Bu dəfə isə ona həmişə aldığından iki dəfə az məbləğ təklif olunub.

 

Fransız ölkəsindən, həmçinin Kipr və Yunanıstandan onunla maraqlanan klublar barədə menecerindən məlumat alandan sonra «Neftçi»də qalmamağı lazım bilib (sportinfo.az).

Xəbər xətti