"Neftçi"də yeni müqavilə

23:23 - 7 İyun 2021

“Neftçi” müdafiəçisi Mamadi Mbodjla müqavilənin müddətini artırıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək. Məlumatı klubun saytı yayıb.

 

Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.

 

“Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı.

Xəbər xətti