Polşanın “Legiya” klubu “Neftçi” ilə yoxlama oyunu keçirməkdən imtina edib.
Sportal.az xəbər verir ki, buna səbəb hər iki komandanın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bir-birlərinə rəqib ola bilmə ehtimalıdır.
“Legiya” və “Neftçi” Çempionlar Liqasında yeni mövsümdə 1-ci təsnifat mərhələsindən başlayacaq. Polşa klubu səpələnmişlər, Azərbaycan çempionu isə səpələnməmişlər səbətində yer alacaq.
“Legiya” daha əvvəl rəsmi saytı vasitəsilə iyunun 20-də “Neftçi” ilə yoxlama oyunu keçirəcəyini açıqlamışdı.
saytlarin hazirlanmasi