“Neftçi” PFK-nın məşqçilər korpusuna yeni təyinat olub.
Sportal.az xəbər verir ki, Mübariz Orucov əsas komandada köməkçi məşqçi vəzifəsini yetirəcək.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssis artıq bu gündən yeni vəzifəsinin icrasına başlayıb.
Orucov bunadək “Qarabağ”ın U-15 və U-17 komandalarında baş məşqçi, “Sumqayıt” klubunda və 17 yaşadək Azərbaycan milli komandasında köməkçi məşqçi kimi çalışıb.
Mübariz Orucov futbolçu kimi “Xəzər” (Sumqayıt), “Viləş”, “Şəmkir”, “Qarabağ” və “Karvan” klublarında çıxış edib.
saytlarin hazirlanmasi