"Neftçi" yay hazırlıqlarına başlasa da, Səlahət Ağayev hələ ki məşqlərə qatılmır.
Sportal.az xəbər verir ki, bunun baş tutması üçün Ağayev "Neftçi" ilə yeni müqavilə bağlamalıdır.
Klub tərəfindən yeni müqavilə təklif olunub. Lakin Səlahət bu müqaviləni qəbul etmək istəmir. Səbəb isə maaşının ötən mövsümlə müqayisədə xeyli aşağı yazılmasıdır. Yəni qapıçı təklif olunan maaşa razı deyil və heç olmasa onun bir qədər artırılmasını istəyir. Məsələyə gələn həftəyə kimi aydınlıq gələcək. (rekord.az)
saytlarin hazirlanmasi