"Neftçi"nin rəqibi müəyyənləşdi

14:31 - 15 İyun 2021

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycan çempionu "Neftçi"nin də rəqibi məlum olub.

 

Sportal.az xəbər verir ki, səpələnməmişlər sırasında yer alan flaqman I raundda "Ludoqorets" (Bolqarıstan), "Şerif" (Moldova), "Dinamo" (Tbilisi, Gürcüstan) və ya "Kayrat"a (Qazaxıstan) rəqib olmalı idi. "Ağ-qaralar"ın bəxtinə Gürcüstan çempionu "Dinamo" düşüb.

 

I təsnifat mərhələsinin ilk qarşılaşmaları iyulun 6-7-də, cavab görüşləri 13-14-də oynanılacaq.

Xəbər xətti