Kaxaber Sxadadze: "Neftçi" Azərbaycanda futbol markasıdır"

16:58 - 15 İyun 2021

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"yə rəqib olan "Dinamo"nun (Tibilisi) baş məşqçisi Kaxaber Sxadadze püşkü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, gürcü mütəxəssis bunu deyib:

 

"Neftçi" Azərbaycan çempionudur və ölkəsində "Dinamo"nun Gürcüstanda olduğu kimi futbol markasıdır. Bu komanda ciddi rəqibdir və əlbəttə ki, onu qiymətləndiririk. Belə bir vəziyyətdə şanslar haqqında danışmaq qəbuledilməzdir. Bu oyunlara yaxşı hazırlaşmalıyıq. Planlarımız var, mümkün qədər çox çalışıb, nəticəni mümkün qədər yaxşı nəticə əldə etməliyik".

Xəbər xətti