“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində potensial rəqibləri bəlli olub.
Sportal.az xəbər verir ki, UEFA püşkatma ərəfəsində komandaları qruplara bölüb.
“Neftçi” - “Dinamo” (Tbilisi) cütü 2-ci qrupda səpələnməmişlər səbətində yer alıb. Mərhələ adlayan komanda 2-ci təsnifat mərhələsində “Olimpiakos” (Yunanıstan), “Srvena Zvezda” (Serbiya) və ya “Teuta” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibinə rəqib olacaq.
İyunun 16-da keçiriləcək püşkatma Bakı vaxtı ilə 14:00-da başlayacaq.
saytlarin hazirlanmasi